PHPMailer-in mənbə fayllarını yükləyib, lazımlı faylları əl ilə əlavə edin.
1. PHPMailer-in əsas səhifəsindən mənbə kodunu daxil edən ZIP faylı yükləyin.
2. «Clone or download» yaşıl düyməsini klikləyin
3. «Download ZIP» düyməsini klikləyin
4. Arxivi mənbə fayllarını saxlamaq istədiyiniz qovluqda açın.
Daha sonra lazım olan klassları PHP skriptinizə əlavə etməlisiniz.
PHPMailer-in əsas klasslarını əlavə etmək vacibdir; Exception klassı (xətaların aradan qaldırılması üçün) və SMTP klassı (əgər elektron məktubların göndərilməsi üçün SMTP-serverinə qoşulacaqsınızsa).
Həmçinin namespace təyin etməlisiniz.
PHP skript bu cür görünə bilər:
<?php use PHPMailer\PHPMailer\PHPMailer; use PHPMailer\PHPMailer\Exception; /* Exception class. */ require 'C:\PHPMailer\src\Exception.php'; /* The main PHPMailer class. */ require 'C:\PHPMailer\src\PHPMailer.php'; /* SMTP class, needed if you want to use SMTP. */ require 'C:\PHPMailer\src\SMTP.php'; $email = new PHPMailer(TRUE); /* ... */
Faydalı Linklər