Park edilmiş domen adını necə yaratmaq olar?

Park edilmiş domen – hesabınızda yerləşən əlavə bir domendir. Bu cür domen əsas domen ilə eyni saytı əks etdirir.

Məsələn, əgər domain1.com əsas domendirsə, domain2.com park edilmiş domen kimi quraşdırıla bilər. Lakin brauzerdə domain2.com ünvanının əks olunmasına baxmayaraq, brauzerdə əsas domain1.com saytın məzmunu yüklənəcək.

 

Park edilmiş domenin əlavə edilməsi

 

Park etmək istədiyiniz domenlər etibarlı qeydiyyatçıdan əldə edilməlidir. Həmçinin, işlək olması üçün domen əsas domen ilə eyni neymserverlərə yönəldilməlidir.

 

Park edilmiş domeni hesabınıza əlavə etmək üçün:

 

1. cPanel-ə daxil olun.

2. Domains bölməsində Aliases üzərinə klikləyin.

 

 

3. Create a New Parked Domain bölməsinin altında əsas domenin üzərinə park etmək istədiyiniz domenin adını qeyd edin.

 

 

4. Add Domain düyməsini klikləyin.

 

Park edilmiş domen əlavə olundu.

 

Park edilmiş domenin silinməsi

 

Park edilmiş domeni hesabınızdan silmək üçün:

 

1. cPanel-ə daxil olun.

2. Domains bölməsində Parked domains üzərinə klikləyin.

3. Remove Parked Domains bölməsinin altında, silmək istədiyiniz domeni tapın.

4. Actions sütununda Remove üzərinə klikləyin.

Coupon partner DomainhostCoupon.com