Bu məqalədə .htaccess faylda max_execution_time direktivi vasitəsilə PHP skript üçün maksimal yerinə yetmə vaxtının təyin edilməsi haqqında məlumat verəcəyik.
Default olaraq PHP skriptin yerinə yetmə vaxtı 30 saniyə təyin olunub. Əgər skript 30 saniyədən gec yerinə yetdiyi halda, PHP skripti dayandırır və xəta haqqında xəbərdarlıq edir:
Fatal error: Maximum execution time of 30 seconds exceeded in pandoge_com.php on line 19
.htaccess faylında max_execution_time direktivini istifadə edərək, siz skriptlərin yerinə yetmə vaxtını idarə edə bilərsiniz.
Bunu etmək üçün aşağıdaki addımları yerinə yetirin:
1. SSH vasitəsilə hesabınıza daxil olun. .htaccess faylına sətr əlavə etmək üçün mətn redaktorunu istifadə edin.
2. 30 rəqəminin yerinə istədiyiniz icazəni təyin edin:
php_value max_execution_time 30
Dəyişiklikləri .htaccess faylda saxlayın və mətn redaktorundan çıxın. Yeni parametrin aktiv olmasında əmin olmaq üçün, növbəti kodu daxil edən PHP test faylı yaradın. Test fayl .htaccess faylın yerləşdiyi qovluqda yaradılmalıdır.
<?php phpinfo(); ?>
Test faylı brauzerinizə yükləyin və direktivin adını tapın. Yeni parameter Local Value sütununda əks olunmalıdır.
Faydalı Linklər