hostimul
Bütün məqalələr
PHP

cPanel-də PHP-nın modullarını necə dəyişmək olar?

PHP modullarını dəyişmək üçün aşağıdakı adımları yerinə yetirin:

1. cPanel-ə daxil olun.

2. cPanel-in əsas ekranında “Software” bölməsində “Select PHP Version” düyməsini klikləyin:

cPanel-də PHP-nın modullarını necə dəyişmək olar? — ekran görüntüsü 1

3. PHP-nın mövcud versiyası üçün hansı modulu aktivləşdirmək istədiyinizi seçin:

• Modulu aktiv etmək üçün,onu işarəliyin.

• Modulu deaktiv etmək üçün, onun yanındaki işarəni silin.

cPanel-də PHP-nın modullarını necə dəyişmək olar? — ekran görüntüsü 2

• Daxil edilən parametrləri saxlamaq üçün Save düyməsini klikləyin.

Modullar siyahısı üçün default parametrləri təyin etmək üçün Use Defaults düyməsini klikləyin.

4. PHP-nın mövcud versiyası üçün parametrləri dəyişdirmək üçün:

• “Switch to PHP Settings “ düyməsini klikləyin.

cPanel-də PHP-nın modullarını necə dəyişmək olar? — ekran görüntüsü 3

• Dəyişdirmək istədiyiniz parametrin yanındakı dəyərin üzərinə klikləyin.

• Parametrin növündən asılı olaraq, seçə biləcəyiniz standart parametrlərin siyahısı görünəcək. Və ya dəyəri daxil edə biləcəyiniz bir sahə əks olunacaq.

cPanel-də PHP-nın modullarını necə dəyişmək olar? — ekran görüntüsü 4

• Parametrləri saxlamaq üçün “ Apply” düyməsini, sonra isə “Save” düyməsini klikləyin.