hostimul
Bütün məqalələr
FTP

CPanel-də FTP şifrəsini necə yeniləmək olar?

FTP hesabının şifrəsini unutduğunuz və FTP vasitəsilə hostinq hesabınıza daxil ola bilmədiyiniz halda, şifrəni asanlıqla cPanel-də dəyişdirə bilərsiniz.

Aşağıdaki addımları yerinə yetirib, cPanel vasitəsilə FTP hesabının şifrəsini dəyişdirə bilərsiniz.

1. cPanel -ə daxil olun

2. cPanel-dəki Files bölməsində FTP Accounts üzərinə klikləyin.

3. Şifrəsini dəyişdirmək istədiyiniz FTP hesabının yanındaki Actions bölməsində Change Password üzərinə klikləyin.

4. Yeni şifrəni daxil edin və Change Password düyməsini klikləyin.