İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

SSL Sertifikat

[ai:ssl]

SSL Sertifikat yeni sayt yaradan və ya saytının təhlükəsizlik dərəcəsini artırmağı düşünən istifadəçilər üçün olduqca vacib detallardandır. Lakin ilk öncə bu sertifikatın nə olduğuna baxaq. Veb sayt müdafiəsi üçün istifadə olunan bu texnologiya, saytınızın kiber hücumlardan və piratlardan qorunması üçün istifadə olunan beynəlxalq sertifikatdır.

Bir çox qlobal şirkətlər və qurumlar öz saytlarında bu sertifikatdan istifadə edirlər. Bu bir növ saytınıza daxil olan istifadəçilərlə sizin aranızda inam əaqəsi yaradır və istifadəçilər bu sertifikat vasitəsilə saytın təhlükəsizliyindən tam əmin olur. Hostimul.com saytında istifadəçilər üçün fərqli kateqoriyalarda SSL sertifikat növləri mövcuddur. Saytınızın gözlənilməz hücumlardan qorunması və daha təhlükəsiz bir sistemlə idarə olunması üçün, bu texnologiyadan istifadə son dərəcə vacibdir. Həmçinin axtarış sistemlərində veb saytınızın görünməsi və daha üst sıralarda yerləşməsi üçün də bu sertifikatdan istifadə etməlisiniz. Siz də SSL Sertifikatınızı Hostimul.com saytından əldə edin və saytınızın təhlükəsizliyini təmin edin. Həmçinin əgər veb saytınız üçün hosting almaq barəsində düşünürsünüzsə, lakin hansı şirkətin xidmətlərindən yararlanmaq barəsində qərarsız qalmısınızsa, bunun üçün Hosting az adlı bloqumuza nəzər sala bilərsiniz.