WordPress-i necə quraşdırmaq olar?

Bu təlimat videosunda WordPress-i quraşdırmağı öyrənəcəksiniz.

Bunun etmək üçün wordpress.org saytına keçin.

Download WordPress düyməsini basın.

WordPress-in son versiyasını yükləmək üçün klikləyin.

Faylı saxlayın, sonra isə onun yüklənildiyi yerə keçin.

ZIP qovluğunu çıxarın və açın.

Məzmunun görmək üçün WordPress qovluğuna keçin.

İndi isə qovluğun məzmununu FileZilla kimi FTP manager vasitəsilə hostinq hesabınıza yükləmək lazım olacaq.

Bu FileZilla-dır... gəlin WordPress fayllarını yükləyək.

Yükləmə tamamlandıqdan sonra brauzerinizi açın və veb-saytınıza daxil olun.

WordPress-in yeni kopiyasını quraşdırmaq təklif olunacaq.

İlk öncə öz dilinizi seçin.

Unutmayın ki, hostinq hesabınızda MySQL verilənlər bazasını quraşdırmaq və verilənlər bazasının adı, istifadəçi adı və şifrəsi lazım olacaq.

Hər şey hazır olduqda Let's go düyməsini basın.

Verilənlər bazasının adını, istifadəçi adınızı və şifrəni daxil edin.

Sonra Submit düyməsini basın.

Sonra Run the Install düyməsini basın.

WordPress bloqunuzun adını daxil edin.

Admin istifadəçi adını daxil edin.

Sonra isə admin şifrəsini daxil edib təstiqləyin.

Elektron ünvanınızı daxil edin.

Sonra Install WordPress düyməsini basın.

Bax belə! WordPress quraşdırıldı və buraya klikləyib, ora daxil ola bilərsiniz.

Biraz öncə yaratdığınız hesab məlumatlarını daxil edib, daxil olun.

Bu admin panelimizdir. Admin panel vasitəsilə bloqunuzu idarə edə bilərsiniz.

Coupon partner DomainhostCoupon.com