Outlook 2016-da POP e-poçt hesabını necə qurmaq olar?

Videonu izləmədən öncə sizin və ya hostinq provayderiniz tərəfindən yaradılan elektron poçt hesabınıza daxil olun

İndi isə gəlin mövcud elektron poçt hesabını Outlook-a qoşaq.

File üzərinə klikləyin.

Add Account düyməsini klikləyin.

Qoşmaq istədiyiniz elektron poçt ünvanını daxil edin, sonra isə Advanced Options ikonunu klikləyin.

Hesabı əl ilə quraşdırmaq üçün klikləyin, sonra isə Connect üzərinə klikləyin.

POP bölməsini seçin.

Burada siz serverinizi gələn və gedən poçt üçün quraşdıra bilərsiniz.

Bu parametrlər üçün e-poçt hesabınızın sənədlərinə istinad etməlisiniz.

Serverin ümuni parametrləri bunlardır: mail.yourdomain.com və ya simply yourdomain.com (burada yourdomain.com  @ simvolundan gəlir).

Gələn poçt serverinin adını daxil edin.

Serveriniz şifrələnmiş əlaqə tələb etdikdə bunu seçin.

Gələn poçtun port nömrəsini düzgün daxil etdiyinizdə əmin olun.

Şifrələnmiş əlaqə seçdinizsə, gələn portun POP protokolu üçün nömrəsi 995 olmalıdır. Əks halda isə 110 olacaq.

Sonra gədən poçt serverenin adını daxil edin...əmin olmaq üçün elektron poçt sənədlərini bir daha yoxlayın.

Göndərilən şifrələmə metodu.

SSL / TLS seçdiyiniz halda göndərilən poçt üçün port nömrəsi 465 olmalıdır, əks halda adətən şifrələnməmiş göndərilə poçt üçün istifadə olunan port 587 olacaq.

Next düyməsini klikləyin.

Elektron poçt hesabının şifrəsini daxil edin və Connect düyməsini basın.

Done düyməsini klikləyin.

Outlook-u məktubların göndərilməsi və alınması üçün uğurla quraşdırdıq.

Coupon partner DomainhostCoupon.com