yandex counter

Domen axtarışı

 

Saytın yaradılmasında ilk addım domenin qeydiyyatdan keçirilməsidir. Bunun üçün aşağıdakıları bilmək lazımdır:

  • hansı domen sahəsi istifadə olunmalıdır;
  • resursu harada qeydiyyatdan keçirmək daha uyğundur;
  • mövcud domeni başqa qeydiyyatçıya necə keçirmək olar.

 

Domenin qeydiyyat prosesi
Yaradılan veb saytların istiqamətindən asılı olmayaraq, domen hər hansı bir fəaliyyət sahəsi üçün qlobal internetdə onların mövcudluğunu yaratmaq üçün başlanğıc nöqtəsidir. Yalnız domen adı alındıqdan sonra, veb saytın inkişaf prosesinə başlaya bilərsiniz.

Saytın domen adı 2 hissədən ibarətdir:

  • Simvolların xüsusi yığımı, bu saytın sahibi tərəfindən latın hərfləri isə yazılmış istənilən söz ola bilər;
  • Domen sahəsi, bunlardan ən geniş yayılmışları com., ru., su. və s.- dir.

Veb sayta ad seçimi
Domeni qeydiyyatdan keçirmədən öncəki addım resursa ad müəyyənləşdirmək və uyğun domen sahəsini seçməkdir. Saytın adı sadə, asan yaddaqalan və mənalı olmalıdır. Bir qayda olaraq resurs sahibləri tematikaya uyğun ad seçiminə üstünlük verirlər. Arzu olunan adla domen almaq həmişə mümkün olmur, çünki hər gün bu kimi adlarla onlarla sayt qeydiyyatdan keçir. Belə halda əlavə simvolların istifadə olunması məsləhətdir.

Hostimul-da uyğun tarifi seçərək domeni daha əlverişli qiymətə qeydiyyatdan keçirə bilərsiniz. Biz bütün sistemin işini təmin etməklə sizə əməkdaşlığın ən uyğun şərtlərini təklif edirik.

 

Top-level domain (TLD)
  • .COM
  • .NET
  • .INFO
  • .ORG
  • .BIZ
  • .US
  • .IN
QEYDİYYAT QİYMƏTİ
  • 33.1 M
  • 43.89 M
  • 37.54 M
  • 40.43 M
  • 38.18 M
  • 30.31 M
  • 43.21 M
YENİLƏMƏ QİYMƏTİ
  • 33.1 M
  • 43.89 M
  • 37.54 M
  • 40.43 M
  • 38.18 M
  • 30.31 M
  • 43.21 M
KÖÇÜRÜLMƏ QİYMƏTİ
  • 33.1 M
  • 43.89 M
  • 37.54 M
  • 40.43 M
  • 38.18 M
  • 30.31 M
  • 43.21 M

Domen qeydiyyatı xidmətləri

Aşağıdakı xidmətlər domen qeydiyyatı ilə birgə təmin edilir 
 

Domenin Yenilənməsi

Domenin Yenilənməsi

Domen adlarınız avtomatik olaraq yenilənir. Domen adının vaxtı keçdikdə, onu yeniləməyi unutsaz belə, avtomatik yeniləmə domen adının ləğv edilməsinə imkan vermir. 
 

24/7 Texniki Dəstək

24/7 Texniki Dəstək

Mükəmməl səviyyədə təşkil edilmiş dəstək mərkəzimiz 24/7 mövcuddur. Suallarınıza ən qısa zamanda cavab almaq üçün "live chat" vasitəsilə əlaqə saxlamaq kifayətdir. 
 

Domenin Bloka Salınması

Domenin Bloka Salınması

Domen adlarınızın icazəsiz və qanunsuz köçürülməsinin qarşısını alır. İstədiyiniz zaman hər hansı bir domen adınızı blokdan çıxara bilərsiniz. 

Asan İdarəetmə

Asan İdarəetmə

Domenlərin idarəetmə paneli domenlərin istifadəsini asanlaşdırır və bütün aspektlərini idarə etməyə imkan verir.
 

Domenlərin qeydiyyatı

  • Domen adını nə vaxt yeniləmək lazımdır?

    Yeni domen adını 1-10 il müddətinə qeydiyyatdan keçirə bilərsiniz. İstifadə müddəti bitdikdən sonra bir çox domen adları müəyyən bir müddət ərzində bərpa edilə bilər. Bu müddət iki həftədən 30 günə qədər davam edə bilər və bu müddət ərzində domenin hazırki sahibi onu yeniləyə bilər.

  • Domen adı nə deməkdir?

    Domen adı saytınızın internetdəki adıdır. Domen adı vasitəsilə istifadəçilər saytınızı rahatlıqla tapa bilir. Domen adı iki əsas hissədən ibarətdir. Məsələn, Hostimul.com domen adı saytın adından (Hostimul) və domen uzantısından (.com) ibarətdir. Domen adı özündə hərflər və rəqəmləri ayrı-ayrılıqda, və ya birlikdə istifadə edə bilər. 

  • Subdomen nədir və nə üçün lazımdır?

    Subdomen əsas domen kimi domen adıdır. Subdomen istifadə edərək, əsas domen ilə yaratdığınız saytın eynisini yarada bilərsiniz. Subdomenin domendən əsas fərqi onun daha aşağı səviyyədə olmasıdır.

    Məsələn, bir domain adınız var: example.net. Bu domenə başqa bir domen əlavə etsəniz (support və ya shop), support.example.net və shop.example.net subdomenləri alınacaq.

    Bir çox sayt sahibləri subdomenlərdən istifadə edir və üstünlüklərindən faydalanır. Məsələn, subdomenlər vasitəsilə saytınız axtarış sistemlərində daha yaxşı sıralanacaqdır, çünki axtarış sistemləri subdomenləri tamamilə ayrı bir sayt kimi görür. Eləcə də, subdomen vasitəsilə siz saytınızı mobil cihazlara uyğun optimizasiya edə bilərsiniz.

     

  • .com domeninin üstünlükləri hansılardır?

    .com domen adı internetdə ən populyar və tanınan üst səviyyəli domenlərdən biridir. 

    .com domen adı Domain Name System (DNS) tərəfindən ilk dəfə 1985-ci ildə ilk altı TLD-(üst səviyyəli domenlərlə) birgə yaradılmışdır.  
    Yarandığı gündən .com etibarlı bir domen adı sayılır və kommersiya təşkilatları üçün nəzərdə tutulmuşdur. .com domen adı ilk dəfə  kompüter istehsalçısı olan Symbolics.com saytında istifadə olunmuşdur. Bu günə kimi, .com domen adı artıq 130 milyon dəfə qeydiyyatdan keçib. 

    "Com" domen adı "kommersiya" deməkdir və biznes üçün ideal seçimdir. Bununla yanaşı, hər hansı fərdi şəxs və ya təşkilat öz şirkətləri, bloqları və ya şəxsi veb saytları üçün .com domen adını seçə bilərlər. 

    Əgər siz artıq .biz və ya .net domen adını qeydiyyatdan keçirmisinizsə, saytınızı təkmilləşdirmək və trafikini artırmaq üçün .com domenini əlavə edə bilərsiniz. 

    Müvafiq üst səviyyəli domen adı tapmaq istəyirsinizsə, .com domeni ilə fəaliyyətinizi bütün dünyaya tanıda biləcəyinizdən əmin olun. Dünyanın ən məşhur brendləri domenlərini .com zonasında qeydiyyatdan keçirirlər. 

  • .org domeni nədir?

    .org domen adı organization ingilis sözünün qısa variantıdır. 1985-ci ilin yanvarında .com, .edu, .gov və .mil kimi əsas üst səviyyəli domenlərlə birlikdə yaradılmışdır. 
    .org uzadılması ilk növbədə qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulsa da, indi bir növ təşkilat bu domeni istifadə edir. Domain .org başqalarına öz fəaliyyətləri barədə məlumat vermək istəyən təşkilatlar və şirkətlər üçün ideal seçimdir.

    Domen adları hansı hallarda lazım ola bilər?

    .org domenləri əsasən qeyri-kommersiya xarakterli təşkilatlar üçün nəzərdə tutulmuşdur:


    ⦁    Qeyri-kommersiya təşkilatları
    ⦁    Həmkarlar ittifaqları və tələbə icmaları
    ⦁    Sosial təşkilatlar
    ⦁    Xeyriyyə fondları
     

  • .biz domeni nədir?

    .biz domeni – biznes seqmentində daha çox üstünluk verilən domenlərdən biridir. Eləcə də .biz domeni qısa və rahat yaddaqalan domenlərdən biridir. Saytınızın ticarət yönümlü olduğunu .biz domeni ilə vurğulayın. Məhsulları satışı və ya xidmətlərin göstərilməsi ilə məşğul olursunuzsa, .biz domeni sizin üçün ən uyğun seçimdir. Belə bir domen çox sayda ziyarətçinin cəlb edilməsinə və biznesinizi yeni səviyyəyə çıxarmağa kömək edəcək. 

  • .net domeni nədir?

    Tanınmış və etibarlı .net ən nüfuzlu üst səviyyəli domenlərdən biridir.  Bu domen adı ilk dəfə 1985-ci ilin yanvar ayında .com və .org daxil olmaqla, digər orijinal TLD (üst səviyyəli domenlər) ilə birlikdə təqdim olunmuşdur. O vaxtdan etibarən .net domen zonası ildən-ilə populyarlıq qazanırdı və 2011-ci ildə .com və .de. domenlərindən sonra ən çox seçilən domen oldu. 
    Bu domen adı jurnalistika, telekommunikasiya və digər oxşar fəaliyyətlərlə məşğul olan şirkətlər və şəxslər üçün nəzərdə tutulub. .net domen adını istifadə edən saytlar 200-dən çox ölkədə yerləşir. 
    Bu domen .com və ya .biz domenlərinə əlavə olaraq şəxsi məlumatlarınızı və ticarət nişanınıza aid məlumatları qoruya bilər. Həmçinin .com zonasında artıq məşğul olan adı, burada tapıb qeydiyyatdan keçirə bilərsiniz. 
    Baxmayaraq ki, .net domen adı ilk növbədə şəbəkə texnologiyaları ilə məşğul olan şirkətlərin maraqlarını nəzərə alaraq yaradılmışdır, bu gün .net müxtəlif şirkətlərin və fərdi şəxslər tərəfindən də istifadə olunur. 
     

  • .info domeni nədir?

    .info domen adı internet istifadəçiləri arasında çox məşhurdur və COM, .NET və .ORG kimi domen zonaları ilə birlikdə ən populyar domenlərdən biridir. Çox güman internetdə düzgün məlumat axtaran istifadəçilər axtarış sistemində .info domenini yığacaq. Bundan əlavə, axtarış sistemlərində yüksək trafik əldə etmək istəyirsinizsə, ümumi SEO strategiyanızın bir hissəsi olan söz əsaslı domen adının faydalarını düşünün. 

    Bu yenilikçi domen adı .com saytının ilk alternativlərindən biridir. Domen zonası 30 yanvar 2001-ci il tarixində yaradılmışdır. 
    Baxmayaraq ki, .info domen adı ilk növbədə informativ saytlar üçün nəzərdə tutulmuşdur, hal-hazırda müxtəlif növ təşkilatlar tərəfindən istifadə edilir. 


    .info domen adı aşağıdakı hallarda istifadə oluna bilər:

    ⦁    Saytınızda məlumat, məhsulların təsviri və ya araşdırmalar ilə bölüşürsünüz. 
    ⦁    Seçdiyiniz adın .com zonasında məşğul olduğu halda, həmin adı .info zonasında tapa bilərsiniz.
    ⦁    Kommersiya xarakterli saytınızı xəbər saytı ilə təmin etmək üçün 
    ⦁    Xarici ölkələrdən olan müştərilər ilə əlaqə saxlamaq üçün
     

  • .us domeni nədir?

    .us domen adı dövlət və bələdiyyə orqanlarının və ya ABŞ bazarına çıxmaq istəyən şirkətlərin saytları üçün uyğundur. Bu domen adı bütün ABŞ vətəndaşları və ölkənin ərazisində yerləşən dövlət qurumları, habelə ABŞ-da aparılan hər hansı bir xarici biznes və ya təşkilat üçün mövcuddur. 


    us. domeni aşağıdakı imkanları yaradır: 
    ⦁    ABŞ-da yaşayan istifadəçiləriniz üçün xüsusi saytın yaradılması
    ⦁    Asan yadda qalan domen il yeni saytın yaradılması
    ⦁    Ticarət nişanını ABŞ-da qorumaq
    ⦁    ABŞ kataloqunda listinq əldə etmək 


     

  • .in domeni nədir?

    in. domen zonası birbaşa Hindistanla əlaqəli biznesə başlamaq istəyən təşkilatlar üçün uyğundur. Bugün Hindistan bazarı sürətlə artır və bir çox şirkətlər bu ölkədə bizneslərini inkişaf etdirmək üçün .in domen adını istifadə edir. Bu domen coğrafi tələblər olmadan hər hansı bir ölkənin vətəndaşları tərəfindən əldə edilə bilər. Bəzi şirkətlər müxtəlif coğrafi ərazilərdə yerləşən müştərilər üçün ayrı URL yaradırlar. Məsələn, məhsullarınız və xidmətləriniz haqqında məlumat daşıyan yerli saytınız varsa, həmçinin Hindistanda yaşayan müştəriləriniz üçün ayrıca bir sayt yarada bilərsiniz. 
     

  • cPanel-də subdomenləri necə quraşdırmaq?

     

    cPanel-də “Subdomenlər” adında işarə var. Onun üzərinə klikləyin. Subdomenlərin idarə edilməsi səhifəsinə keçəcəksiniz. Burada subdomenləri quraşdırıb, fayl sistemindəki müəyyən qovluğlara bağlaya bilərsiniz.