SSL-Sertifikatın hansı növü saytınız üçün daha uyğundur?

, Müəllif:       0 Şərh
SSL-Sertifikatın hansı növü saytınız üçün daha uyğundur?

Saytın təhlükəsizliyini təmin edən bir çox metodlar mövcuddur. Onlardan ən əsası da SSL sertifikatdır. HTTPS və ya SSL kompüterinizlə saytın yerləşdiyi server arasında ötürülən məlumatların təhlükəsiz şifrlənmə üsuludur. İstifadəçilər saytınıza açıq Wi-Fi şəbəkəsindən, məsələn, hava limanında və ya oteldə daxil olduğda, onların əlaqəsi kiber hücumlara qarşı daha həssasdır. Məlumatın isə SSL ilə şifrələnmədiyi halda, hackerlər bank hesabları, kredit kartları və digər vacib məlumatları asanlıqla əldə edə bilər. Məhz buna görə, sayt sahibi olaraq istifadəçilərinizə təhlükəsiz əlaqəni və məxfi məlumatlarının qorunmasını təmin etməlisiniz.

Hostimul, Let’sEncrypt sertifikatını standart olaraq bütün veb hostinq paketləri ilə təmin edir.

Ümumiyyətlə, üç əsas növ SSL sertifikat mövcuddur, və onların arasındakı fərqləri anlamaq çox vacibdir. Çünki, seçdiyiniz SSL sertifikat saytınızın təhlükəsizlik tələblərinə uyğun olmalıdır. 

Bu məqalədə SSL Sertifikatların əsas növləri  və onları hansı hallarda istifadə etmək haqqında qısaca məlumat verəcəyik. Gəlin başlayaq!

Hansı növ SSL Sertifikatlar var?

Düzgün seçilmiş SSL Sertifikat ilə istifadəçilər saytınızın təhlükəsiz olduğunu biləcəklər. Yəqin, siz də fikir vermisiz ki əvvələr əksər saytların URL ünvanları  http: // prefeksi ilə başlayırdı, buğun isə bir çox ünvanlar https: // ilə başlanır. Bu fərq kiçik görünsədə, həqiqətən çox vacibdir.

Daha yaxşı anlamaq üçün, gəlin bütün “əlaqə protokollarını” araşdıraq. Protokollar saytın yerləşdiyi server və istifadəçi brauzeri arasında məlumat ötürməyə imkan yaradır. Hypertext Transfer Protocol (HTTP) uzun zamandır standart seçim idir, lakin bugün HTTP Secure (HTTPS) daha yeni və təhlükəsiz protokol sayılır, çünki məlumatları  internet vasitəsilə ötürürərək, onları həm də şifrələyir.

Son vaxtlar HTTPS saytlarda istifadə üçün tez tez tövsiyə olunur. Bu protokolun istifadəsi, xakerlər tərəfindən vacib məlumatların oğurlanması və istifadəsi riskini çox azaldır. Bununla belə, saytınızda HTTPS istifadə etmək üçün Secure Sockets Layer (SSL) sertifikatı mütləqdir.

SSL Sertifikat HTTPS protokolu aktivləşdirərək saytınız və istifadəçi brauzeri arasında təhlükəsiz əlaqə yaradır və onların arasında ötürülən məlumatları qoruyur.

SSL Sertifikatların 3 növü

Gəlin SSL Sertifikatların  üç əsas növünə baxaq. Onların arasındaki əsas fərqləri, müsbət və mənfi tərəflərini müqayisə edəcəyik.

1. Domenlərin təsdiqi

Sertifikatlar yoxlama növündən asılı olaraq fərqlənir. Başqa sözlə, sertifikatların hər birini əldə etmək  üçün keçirilən yoxlama prosesi fərqlidir. Bü cür icazəni verən təşkilat Sertifikatlaşdırma mərkəzi adlanır. Domenlərin təsdiqi sertifikatı ən sadə sayılır. Bu növ SSL Sertifikat əldə etmək üçün domen adının sahibi olduğunuzu sübut etmək kifayətdir. Adətən, Sertifikatlaşdırma Mərkəzi bu yoxlamanı elektron poçt vasitəsilə keçirir. Domenlərin təsdiqi sertifikatının əsas üstünlüyü onun tez və asan təmin edilməsidir. Bu növ SSL Sertifikat həmçinin ən münasib qiymətlər ilə təklif olunur. Bəzliəri isə hətta pulsuz təmin edilir.

Lakin, domen sertifikatları həm də aşağı təhlükəsizlik saviyyəsi təklif edirlər. İstifadəçilər məlumatlarının şifrəli olduğunu bilsələr də, saytın sahibinin kim olduğunu bilməyəcəklər. Bəzi brauzerlər bu cür sertifikatlı saytları URL ünvanlarının yanında boz simvol istifadə edərək əks etdirirlər.

Digər tərəfdən, saytınızda  vacib və məxfi məlumatlar istifadə edilmirsə, bu səviyyəli qoruma sizi qane edə bilər. Domenlərin təsdiqi sertifikatı bloq, protfolio, və istifadəçilərin vacib məlumatlarını toplamayan digər saytlar üçün uyğundur.

2. Təşkilatların təsdiqi

Təşkilatların təsdiqi sertifikatı bir qədər daha yüksək səviyyəyə malikdir. Bu sertifikatı əldə etmək üçün Sertifikatlaşdırılma Mərkəzi ilk öncə təşkilatınızın qanuni olduğunu sübut etməlidir. Təşkilatların təsdiqi sertifikatı adətən Domenlərin təsdiqi sertifikatından daha bahalıdır. Təsdiqləmə prosesi həmçinin çox çəkir. Sertifikatlaşdırılma Mərkəzi qısa araşdırmaya bir neçə iş günü sərf edir, bu sertifikatı əldə etmək prosesini çətinləşdirir. Digər tərəfdən, təşkilatların təsdiqi sertifikatı daha təhlükəsizdir. Çünki, saytın istifadəçiləri istədikləri zaman, onun sahibi haqqında məlumat əldə edə bilərlər, bu da siz və istifadəçiləriniz arasında etıbarı artırır.

Bu cür sertifkat məxfi məlumatları toplayan, məsələn, e-ticarət saytları üçün zəruri olan təhlükəsizlik minimumunu təmin edir. Lakin bu tip saytınız varsa, sizə növbəti SSL Sertifkat növünü nəzərdən keçirməyi məsləhət görürük.

3. Yüksək etibarlılıq

Yüksək etibarlılıq sertifikatları ən ciddi təsdiqləmə tələb edir. Bu cür sertifikatı vermədən öncə, Sertifikatlaşdırma Mərkəzi təşkilatın mövcudluğunun sübutu, hüquqi statusu, domen adının sahibliyi və s. haqqında ətraflı araşdırma aparacaq. Yüksək etibarlılıq sertifikatı ən bahalı sertifikat sayılır. Onun alınması olduqca çox vaxt tələb edir. Alınma vaxtı seçdiyiniz Sertifikatlaşdırma Mərkəzindən də asılı olacaq. Adətən sertifikatın alınmasına 1-2 həftə tələb olunur. Eyni zamanda, bu sertifikat ən yüksək səviyyəli qoruma ilə təmin edir. Yüksək etibarlılıq sertifikatı təşkilatınızın qanuni olduğunu sübut edir, yəni istifadəçilər məlumatlarının qorunduğunda əmin ola bilərlər. Bundan əlavə, bir çox brauzerlər əlaqənizin təhlükəsiz olduğunu göstərəcək. Yüksək etibarlılıq sertifikatı istifadəçilərin məxfi  məlumatlarını tələb edən e-ticarət saytlarında istifadə üçün tövsiyə olunur.

Hostimul hər növ SSL Sertifikat təklif edir. Saytınıza uyğun olan sertifkatı seçin və quraşdırın. 

Nəticə

İstifadə etdiyiniz saytın növünə baxmayaraq, əlaqələrin təhlükəsiz olması vacibdir. Sayta və şirkətə qarşı etibarlılığın artması üçün ən yaxşı yoldu. Bunu etmək üçün müvafiq SSL sertifikatı seçməlisiniz.

Məhz buna görə üç əsas SSL Sertifkiat növləri arasınaki fərqləri bilmək vacibdir:

Domenlərin təsdiqi.Bu sertifkatı saytınıza əlavə etmək üçün domenin sahibi olduğunuzu sübut etmək kifayətdir. Yüksək səviyyəli qoruma ilə təmin etməsə də, tez və münasib qiymətlə verilir.

Təşkilatların təsdiqi.Bu sertifkatlkar nisbətən tez zamnda verirlir və qiyməti də daha yüksək olur. Əvəzində, istifadəçiləriniz saytınızın təhlükəsiz olduğunun  təsdiqini əldə edirlər.

Yüksək etibarlılıq.E-ticarət saytının və ya xüsusi bir təhlükəsizlik səviyyəsini tələb edən digər bir saytın sahibi olsanız, bu növ sertifikatı istifadə etməyi məsləhət görürük. Yüksək etibarlılıq sertifikatı olduqca bahalıdır və onun verilməsi daha çox vaxt tələb edir, lakin eyni zamanda bu sertifkat ən yüksək təhlükəsizlik səviyyəsini təmin edir.

Şərh : 0

Coupon partner DomainhostCoupon.com