Biznez saytları üçün ən uyğun WordPress qoşmaları (plugin-ləri) hansılardır?

, Müəllif:       0 Şərh
Biznez saytları üçün ən uyğun WordPress qoşmaları (plugin-ləri) hansılardır?

Bugün WordPress ən rahat və yeni istifadəçilər üçün ən uyğun platforma sayılır. WordPress proqramlaşdırma və dizayn sahəsində heç bir biliyi olmayan istifadəçilər üçün əla imkanlar yaradır. Təəcüblü deyil ki, internetdəki saytların bir çoxu (təxmini 30%-i) bu platformada qurulub.

Əgər siz də WordPress istifadə edərək biznesiniz üçün yeni sayt yaratmaq istəyirsinizsə, xüsusilə biznes saytları üçün nəzərdə tutulmuş WordPress plaqinləri haqqında bilməlisiniz.

Müvafiq hostinq seçimi biznesiniz üçün çox vacibdir. WordPress saytlarının səmərəli işləməsi üçün xüsusi resurs həcmi tələb olunur. Məhz buna görə Hostimul xüsusilə WordPress saytları üçün optimizasiya olunmuş veb hostinq paketlərini təklif edir.

 

Ən faydalı və ən çox istifadə olunan WordPress plaqinləri:

 

 

WPForms

 

 

 

WPForms – saytda əlaqə forması yaratmağın ən asan yoludur və yeni başlayanlar üçün əla seçimdir. WPForms vasitəsilə saytınızda asanlıqla əlaqə, rəy, sual və ya sifariş formaları yarada biləcəksiniz. Əlavə olaraq bu plaqin əlaqə forması yaratmaq üçün hazır şablonlar ilə təmin edir. Sadə və peşəkar görünən formalar bir neçə dəqiqə ərzində hazırlanır, bunun üçün proqramçı və ya veb dizayner olmağa ehtiyac yoxdur. Plaqin vasitəsi ilə hazırlanan bütün formalar avtomatik olaraq hər növ mobil cihazlar üçün optimizaya olunur. 

 

MonsterInsights

 

 

 

Daha yüksək nəticələrə nail olmaq üçün istifadəçilərin saytınızı necə tapıb istifadə etdiklərini bilmək vacibdir. Google Analytics sayt istifadəçiləri haqqında müvafiq məlumatları toplayan və biznesin effektiv inkişafını təmin edən ən etibarlı xidmətlərdən biri sayılır. MonsterInsights plaqini vasitəsilə Google Analytics alətini saytınıza asanlıqla qoşa biləcəksiniz. MonsterInsights Google Analytics hesabatlarını birbaşa WP panelində izləməyə imkan verir. Məlumatlar isə real vaxtda təmin edilir.

 

Yoast SEO

 

 

 

Milyonlarla istifadəçinin favoriti olan Yoast SEO sözsüz ki, WordPress saytlarının optimizasiyası üçün ən yaxşı plaqinlərdən biridir. Plaqin başlıqları və meta təsvirləri asanlıqla idarə etməyə, hədəf açar sözlər qurmağa və onların nə qədər istifadə olunduğunu izləməyə, sayt xəritələrini idarə etməyə imkan yaradır. Yoast SEO seçilmiş noindex və nofollow teqləri quraşdırılır, bloqu facebook və twitter social şəbəkələri ilə inteqrasiya edir, [.htaccess] faylı birbaşa admin paneldən dəyişməyə icazə verir.

 

Constant Contact

 

 

 

Constant Contact ən yaxşı elektron poçt servislərindən biri sayılır. Bu plaqin vasitəsilə effektiv elektron məktublar yaradıbç uğurlu e-poçt göndərmə həyata keçirə biləcəksiniz. Constant Contact e-poçt göndərmə üçün nəzərdə tutulan bir çox hazır elektron poçt şablonları təklif edir. Şablonların dizaynını öz zövqünüzə uyğun dəyişmək də mümkündür. 

 

 

LearnDash

 

 

Learndash təhsil saytı yaratmaq üçün sadə və çox funksiyalı plaqindir. Plaqini quraşdırıldıqdan sonra, dərhal saytın kotentini daxil edib, onlayn dərsləri paylaşa biləcəksiniz. Bu plaqin ilk növbədə yeni başlayanlar üçün nəzərdə tutulub. LearnDash vasitəsilə onlar onlayn rejimdə təhsil saytı yarada biləcəklər. Proqramlaşdırma sahəsində bilikləri olanlar isə plaqini öz istəklərinə uyğun redaktə edə bilər.

 

WooCommerce

 

 

 

WooCommerce əsasən elektron ticarət saytları üçün uyğundur. Bu plaqin vasitəsilə tez bir zamanda internet mağaza qurmaq mümkündür. WooCommerce ilə internet mağazanızı tam idarə edə biləcəksiniz: məhsul ehtyatlarından tutmuş, istifadəçi hesablarına kimi, saytın hər bir aspekti kontrol altında olacaq.

 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com